“Dortmund” Sançonu qaytarmaq istəyir
“Borussiya Dortmund” Ceydon Sançonu geri qaytarmaq istəyir.
90plus.az xəbər verir ki, ingiltərəli futbolçu Ceydon Sanço yenidən Almaniyaya qayıda bilər.
Məlumata görə, hazırda “Aston Villa”da icarə əsasında çıxış edən, lakin hüquqları “Mançester Yunayted”ə məxsus olan Sanço “Borussiya Dortmund”a üçüncü dəfə transferə razılıq verib.
Jurnalist Patrik Bergerin bildirdiyinə görə, Dortmund klubunun baş məşqçisi Niko Kovaç da bu transferə müsbət yanaşıb və futbolçunun geri dönüşünə “yaşıl işıq” verib.
Bununla belə, 25 yaşlı vingerə Avropanın digər klublarından da maraq olduğu qeyd olunur və yekun qərar hələ verilməyib.
Sanço “Borussiya Dortmund”da keçirdiyi əvvəlki dövrlərdə böyük təsir bağışlayıb və ümumilikdə 158 oyunda 120 qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun karyerasında növbəti addımın hansı klub olacağı yaxın zamanda dəqiqləşəcək.
© Copyright 2026, All Rights Reserved