Dris Mertens son dəfə meydana çıxacaq, Hamşik üçün!
Rəsmi: Dris Mertens futbol karyerasını başa vurdu.
90plus.az xəbər verir ki, belçikalı hücumçu Dris Mertens 38 yaşında futbolçu karyerasına son qoyduğunu açıqlayıb. Təcrübəli futbolçu rəsmi olaraq futbolla vidalaşsa da, keçmiş komanda yoldaşı və “Napoli”nin əfsanəvi kapitanı Marek Hamşikin yubiley oyununda son dəfə meydana çıxacaq.
Mertens sosial media hesabında etdiyi paylaşımda Hamşikə xitabən bunları deyib:
“Səninlə son oyunu oynamaq üçün səbirsizlənirəm. Futbolla vidalaşmışam, amma son dəfə sənin üçün butslarımı geyinirəm. Çünki sən həmişə mənim kapitanım olaraq qalacaqsan.”
Dris Mertensin karyerası ərzində statistik göstəriciləri də olduqca təsirlayıcıdır:
Belçika millisində də uzun illər çıxış edən Mertens yığmada 109 matçda forma geyinib. O, həm də “Napoli” tarixində ən çox qol vuran futbolçu kimi klubun əfsanələri sırasına adını yazdırıb.
Mertens peşəkar karyerası boyunca “Gent”, “Utrext”, “PSV”, “Napoli” və son olaraq “Qalatasaray” klublarının formasını geyinmişdi. O, İtaliya təmsilçisində keçirdiyi illərlə ən çox yadda qalıb.
Belçikalı futbolçunun vida qərarı futbolsevərlər tərəfindən təəssüf hissi ilə qarşılanıb. Mertens həm meydandakı performansı, həm də xarakteri ilə həm komanda yoldaşları, həm də rəqibləri tərəfindən hörmət qazanmış simalardan biri olub.
© Copyright 2026, All Rights Reserved