Dünya Çempionatında 64 komanda olsun! Rəsmi təklif
Cənubi Amerika Futbol Konfederasiyası 2030-cu il Dünya Çempionatında 64 komandanın iştirakını nəzərdə tutan rəsmi təklifi FIFA-ya edib.
90plus.az xəbər verir ki, Cənubi Amerika futbolunun hakim orqanı Konmebolun prezidenti Alexandto Dominges Dünya Kubokunda komanda sayının 64-ə çatdırmasına dair rəsmi təkliflə çıxış edib.
Dominges Konmebolun 80-ci Konqresində açılış nitqi zamanı bunu söyləyib: "Biz yüzilliyin qeyd olunmasının unikal olacağına əminik, çünki 100 il yalnız bir dəfə qeyd olunur".
"Buna görə də biz ilk dəfə olaraq bu yubileyi 64 komanda ilə eyni vaxtda üç qitədə keçirməyi təklif edirik" .
Amma 64 komandadan ibarət təklifin tənqidçiləri bunun oyunun keyfiyyətini zəiflədəcəyini və əksər qitələrdə seçmə mərhələnin dəyərini aşağı salacağını iddia etdilər.
FİFA bu addımı təsdiqləsə, 1998-ci ildən 2022-ci ilə qədər oynanılan 64 oyun formatının sayını iki dəfə artıraraq 128 matçdan ibarət turnir yaradılacaq.
Bununla belə, UEFA prezidenti Aleksander Çeferin 64 komandalı dünya çempionatını “pis fikir” adlandırıb.
© Copyright 2026, All Rights Reserved