Dünya Kuboku: “Al Hilal” “Real”a qələbə vermədi
"Al Hilal" Klubların dünya çempionatında Avropa nəhənginə qələbə vermədi.
90plus.az xəbər verir ki, Xabi Alonso və Simone İnzagi “Real Madrid” və “Al-Hilal”ın baş məşqçi kimi yeni dönəminə Klubların Dünya Çempionatında heç-heçə ilə başladılar. Görüş ABŞ-ın Mayami şəhərindəki “Hard Rock” stadionunda keçirildi.
Əvəzetmədən meydana çıxan Arda Gülər 25 metrdən güclü zərbə ilə fərqlənmək istədi, lakin cüzi fərqlə qapının yanından keçdi.
Matçın son dəqiqələrində “Real” penalti şansı qazandı – Fran Qarsiya rəqib müdafiəçi Hassan Altambaktinin sifətinə top dəyəndən sonra yerə yıxıldı. Lakin Valverdenin penalti zərbəsi zəif alındı və Bono asanlıqla topu tutdu: https://t.me/doxsanplus/104239
Real Madrid 1-1 Al Hilal
Qanzalo Qarsia 34'
Ruven Neves 41'
Qollar:
https://t.me/doxsanplus/104235
https://t.me/doxsanplus/104235
© Copyright 2026, All Rights Reserved