Dünya Kuboku: “Boka Xuniors” qızıl fürsəti əldən verdi!
"Boka Xuniors 2-2 Benfika" — Klublararası Dünya Çempionatında gecənin nəticələrindən biri belə oldu.
90plus.az xəbər verir ki, 10 nəfərlə qalan “Benfika” iki top geridə olmasına baxmayaraq geridönüş edərək 2025 Klublararası Dünya Çempionatının indiyədək ən dramatik oyununda “Boka Xuniors”la heç-heçə etdi.
"Boka Xuniors" ilk hissədə Migel Merentiel və Rodriqo Battaqlinin gözəl qolları ilə 2:0 hesablı üstünlük qazandı. Ancaq hissənin son dəqiqələrində Angel Di Marianın dəqiq yerinə yetirdiyi penalti ilə “Benfika” fərqi azaltdı.
İkinci hissədə “Benfika”nın əvəzedici hücumçusu Andrea Belotti təhlükəli oyuna görə qırmızı vərəqə ilə meydandan qovuldu. Buna baxmayaraq, Portuqaliya təmsilçisi xalı xilas etməyi bacardı – Nikolas Otamendi künc zərbəsindən sonra güclü baş zərbəsi ilə topu qapının aşağı küncünə göndərərək hesabı bərabərləşdirdi.
Oyunun sonunda “Boca Juniors”un müdafiəçisi Xorxe Fiqal da kobud hərəkətinə görə qırmızı vərəqə aldı və hər iki komanda matçı 10 nəfərlə tamamladı.
C qrupunun ilk turundan sonra turnir cədvəli belədir:
Gərgin keçən oyundan sonra münaqişələr meydandan sonra da davam edib. “Boka”nın qapıçısı Marçesin demək olar ki, hər kəslə dalaşmaq istədi, lakin “Benfika” oyunçuları bu qarşıdurmalardan uzaq duraraq vəziyyəti sakitləşdirdilər.
Ümumilikdə matçda üç qırmızı vərəqə (onlardan biri artıq əvəzlənmiş Ander Herreraya) və dörd sarı vərəqə qeydə alınıb.
“Boka Xuniors” üçün bu nəticə ağır zərbə oldu. Onların bu oyunda xal qazanmağı gözlənilməsə də, 2:0 üstünlüyü əldən vermək və ikinci hissədə say üstünlüyünə baxmayaraq qələbəni qoruyub saxlaya bilməmək komandada böyük məyusluq yaradıb.
Üstəlik, Otamendinin qol epizodunda müdafiənin kobud səhvi, “Benfika”ya künc zərbəsindən asanca qol vurmağa imkan verdi.