Dünya Kuboku: Messi 1/8-də PSJ ilə qarşılaşacaq
“Palmeyras” son dəqiqələrdə geridönüş etdi – həm özü, həm də “İnter Mayami” 1/8 finalda!
90plus.az xəbər verir ki,MKlubların Dünya Çempionatının A qrupunun son oyununda Braziliya təmsilçisi “Palmeyras” iki cavabsız qolla geri düşdüyü oyunda möhtəşəm dönüş edərək “İnter Mayami” ilə 2:2 hesablı heç-heçə oynayıb. Bu nəticə hər iki komandanın qrupdan çıxmasına bəs edib. Qrupu 5 xalla başa vuran “Palmeyras” top fərqinə görə lider olub, “İnter Mayami” isə ikinci sırada 1/8 finala yüksəlib.
Oyun necə keçdi?
Lionel Messili “İnter Mayami” ilk hissədə inamlı oyun nümayiş etdirərək iki qol vurdu. 16-cı dəqiqədə Tadeo Allende müdafiənin arxasına sızaraq 40 metrlik sprintin ardından hesabı açdı. 65-ci dəqiqədə isə Luis Suares sol ayağı ilə kəskin bucaqdan topu “doqquzluğa” göndərərək hesabı 2:0 etdi.
“Palmeyras” isə sona yaxın təzyiqi artıraraq dönüş etdi. Əvəzetmədən oyuna daxil olan Paulinyo 80-ci dəqiqədə qapıya dəqiq zərbə ilə fərqi azaltdı. 87-ci dəqiqədə isə Mayrisionun uzaqdan vurduğu zərbə sayəsində “Palmeyras” bərabərlik qolunu tapdı və qrupu birinci pillədə tamamladı.
Qrupun son vəziyyəti:
Beləliklə, “Əl-Əhli” və “Portu” turniri erkən tərk etdilər.
1/8 finalda kim kiminlə oynayacaq?
🔸 “İnter Mayami” növbəti mərhələdə Avropa çempionu PSJ ilə qarşılaşacaq. Bu oyun Lionel Messi üçün xüsusi əhəmiyyət daşıyır – çünki argentinalı ulduz 2021–2023-cü illərdə məhz PSJ-nin heyətində çıxış etmişdi.
🔸 “Palmeyras” isə 1/8 finalda digər Braziliya klubu “Botafogo” ilə qarşılaşacaq – bu da turnirdə maraqlı bir “daxili duel” olacaq.
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano oyundan sonra belə deyib:
“Bizim üçün əla oyun oldu. Cənubi Amerikanın ən yaxşı komandalarından birinə qarşı oynamaq asan deyil. Sonda qələbə əldən getsə də, ümumilikdə göstərdiyimiz oyun və çıxış tarixi bir gecə oldu. Turnirdən öncə kimsə desəydi ki, bu cür komandalarla bu səviyyədə oynayacağıq, razılaşardım.”
Qeyd: "İnter Mayami” MLS təmsilçiləri arasında turnirin 1/8 finalına vəsiqə qazanan yeganə klubdur. “Los-Anceles FK” və “Sietl Sounders” artıq mübarizəni dayandırıblar.