Dünya Kuboku: Messi turnirdə ilk qolunu vurdu
Messi Klubların Dünya Çempionatında ilk qolunu vurdu – “İnter Mayami” “Portu”ya qarşı qələbə qazandı!
90plus.az xəbər verir ki, ulduz futbolçunun imzası olan cərimə zərbəsi “İnter Mayami”yə “Portu” üzərində 2:1 hesablı üstünlük qazandırıb.
Messi, 32 komandadan ibarət turnirin ən böyük ulduzlarından biri kimi, oyunun 54-cü dəqiqəsində fərqlənib. ABŞ-nin Mercedes-Benz Stadionunda azarkeşlər “Messi!” deyə alqışladığı anda sol ayağı ilə vurduğu top “Portu” divarını keçərək qapının yuxarı sağ küncündə toru silkələyib.
Beləcə, "İnter Mayami" Klublararası Dünya Çempionatında ilk qələbəsini geridönüşlə qazanıb:
İnter Mayami 2-1 Porto
Aghehova 8'
Segoviya 47'
Messi 54'
Qollar:
https://t.me/doxsanplus/104278
https://t.me/doxsanplus/104283
https://t.me/doxsanplus/104284
https://t.me/doxsanplus/104285
MLS təmsilçisi ilə ikiqat Avropa çempionu “Portu” arasında bu A qrupunun oyunu növbəti mərhələyə vəsiqə baxımından həlledici əhəmiyyət daşıyırdı.
Lionel Messi “İnter Mayami”də 61 oyuna 50-ci qolunu vurdu!
Müqayisə üçün:
“Barselona” – 119 oyuna 50 qol;
Argentina – 107 oyuna 50 qol.
© Copyright 2026, All Rights Reserved