Dünya Kuboku: Oyunun üstünü qara buludlar aldı
Klubların Dünya Çempionatı: "Palmeyras" xallarını 4-ə çatdıraraq A qrupunda liderliyə yüksəldi.
90plus.az xəbər verir ki, "Palmeyras" kəskin hava şəraitinə görə təxirə salınan matçda “Əl-Əhli” üzərində qələbə qazandı
Görüş ikinci hissədə təxminən 40 dəqiqəlik fasilə ilə yadda qalıb. Fasilənin səbəbi isə ABŞ-ın Nyu-Cersi ştatında yerləşən MetLife stadionunda baş verən kəskin hava şəraiti olub.
Matçın 62-ci dəqiqəsində, qatı qara buludların stadion üzərini örtməsindən sonra ingiltərəli hakim Entoni Teylor oyunu dayandırıb. İlk hissənin ortasında da futbolçulara sərinləmə fasiləsi verilmişdi, çünki temperatur 31°C-yə çatmışdı. İsti hava eyni zamanda ildırımlı fırtına təhlükəsi yaradırdı və hakimə futbolçuları meydandan çıxarmaq göstərişi verilib.
Stadionun ekranında azarkeşlərə “oturacaq yerlərini tərk edib təhlükəsiz sığınacaqlara keçin” mesajı verilib.
Palmeyras 2-0 Al Ahli
Abu Ali 49' (öz qapısına)
Lopez 59'
© Copyright 2026, All Rights Reserved