Edin Dzekodan Bosniya və Herseqovinaya “həyat öpüşü” – 1:0
Dünya çempionatının Avropa zonası üzrə H qrupunda keçirilən 3-cü tur qarşılaşmasında Bosniya və Herseqovina doğma meydanda San Marinonu qəbul etdi.
90plus.az xəbər verir ki, “Bilino Polye” stadionunda baş tutan oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələndi.
Matçın ilk hissəsində hesab açılmadı. Oyunun taleyini isə 66-cı dəqiqədə komandanın təcrübəli hücumçusu Edin Dzeko həll etdi. Onun vurduğu qol Bosniya və Herseqovinaya vacib üç xalı qazandırdı.
Bu nəticə ilə qrupda keçirdiyi 3 oyunun hamısından qalib ayrılan Bosniya və Herseqovina xallarını 9-a yüksəldərək liderliyini davam etdirdi. San Marino isə 3-cü matçında da meydanı xalsız tərk etdi.
© Copyright 2026, All Rights Reserved