Elçin Məsiyev "Tottenhem" - PSJ matçında
Azərbaycanlı hakim Elçin Məsiyev UEFA Superkuboku oyununa təyinat alıb.
90plus.az xəbər verir ki, bu gün UEFA Superkubokunda Çempionlar Liqasının qalibi PSJ və Avropa Liqasının qalibi "Tottenhem" qarşılaşacaq.
Görüşə azərbaycanlı Elçin Məsiyev 4-cü hakim kimi təyinat alıb.
Qeyd: Oyun Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Oyunun əsas hakimi isə portuqaliyalı J.Pinheyro olacaq.
© Copyright 2026, All Rights Reserved