Emin Mahmudov: "Əsas problemlərimiz imkanlardan istifadə edə bilməməyimizdir"
"İlk hissədə qol şanslarımız olsa da, qol vura bilmədik və bu, bizə problem yaratdı. Əvəzində çox sadə qollar buraxdıq"
90plus.az xəbər verir ki, bu sözləri Estoniya ilə oyundan sonra komandamızın sabiq kapitanı Emin Mahmudov bildirib.
"Hesabı bərbərləşdirəndən dərhal sonra qol buraxmaq da əlavə çətinlik yaratdı. Yaxşı nəticə əldə edə bilərdik, amma alınmadı. Əsas problemimiz qol imkanlarından istifadə edə bilməməyimizdi. Bundan əvvəlki oyunlarda da eyni problemi yaşamışdıq. Slovakiya ilə oyunda başqa yolumuz yoxdu, çıxıb qələbə üçün oynamalıyıq".
© Copyright 2026, All Rights Reserved