Endrik həm məşq edir, həm balayında!
“Diario AS”ın məlumatına görə, “Real Madrid”in futbolçusu Endrik hazırda bal ayını Tokioda reabilitasiya və intensiv məşqlərlə bərabər keçirir.
90plus.az xəbər verir ki, iyulun əvvəlində ABŞ-da sağ ayağının arxa əzələsindəki vətəri yenidən zədələyən 19 yaşlı futbolçu sentyabrın 15-dən əvvəl yaşıl meydanlara qayıtmağı hədəfləyir.
Onun səhərləri ciddi məşqlərə və fizioterapiya seanslarına həsr olunur, günortadan sonralar isə həyat yoldaşı Qabrieli Miranda ilə Tokionu gəzir.
Endrik sosial şəbəkələrdə bərpa prosesini açıq şəkildə paylaşır – məşqlərini və terapiya sessiyalarını nümayiş etdirir. Zədəyə baxmayaraq, onun düşərgəsində vəziyyətə nikbin yanaşılır.
© Copyright 2026, All Rights Reserved