Enrikenin hədəfi bu mövsüm bütün kubokları qazanmaqdır
Luis Enrike: “PSJ yeni mövsümdə bütün kubokları qazanmaq istəyir”.
90plus.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike komandasının yeni mövsüm üçün hədəflərindən danışıb. İspaniyalı mütəxəssis RMC Sport-a açıqlamasında Paris klubunun hər turnirdə uğur qazanmaq niyyətində olduğunu bildirib.
Luis Enrike: “Bura gəldiyim vaxt hədəfimiz adımızı tarixə yazdırmaq idi. Bu yolda davam etmək istəyirik. Ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olmağı hədəfləyirik. Bu, çətindir, amma bizə əlavə motivasiya verir. Yeni mövsümdə bütün kubokları qazanmaq istəyirik.”
Qeyd: PSJ ötən mövsüm tarixində ilk dəfə Çempionlar Liqasını qazanaraq böyük uğura imza atmışdı.
© Copyright 2026, All Rights Reserved