Fanat sevdiyi kluba görə 2000 km piyada getdi
2000 km yol qət edən fanat – “Football Manager” sevgisi reallığa çevrildi.
90plus.az xəbər verir ki, futbol dünyasında maraqlı və emosional hekayə yaşanıb. İtaliyanın İmola şəhərindən olan 39 yaşlı azarkeş sevdiyi komandanı canlı izləmək üçün 2000 kilometrdən çox yol qət edib - BBC.
Məsələ burasındadır ki, o, Şimali İrlandiya klubu olan "Football Manager" oyununda illərlə idarə etdiyi "Coleraine" klubuna böyük simpatiya bəsləyib. Azarkeş bu komandanı oyunda tam 7 il çalışdırdıqdan sonra ona real həyatda da bağlanıb.
Nəhayət, o, ötən həftə Şimali İrlandiyaya səfər edərək “Coleraine”in oyununu stadiondan izləyib. Səfər onun üçün daha da yaddaqalan olub, çünki komanda həmin görüşdə 6:2 hesablı qələbə qazanaraq Konfrans Liqasının seçmə mərhələsinə vəsiqə əldə edib.
Bununla da kifayətlənməyən fanat oyundan sonra futbolçular və məşqçi heyəti ilə görüşmək imkanı da qazanıb.
© Copyright 2026, All Rights Reserved