Farioli: "Qarabağ" fantastik oyun nümayiş etdirdi"
”Ayaks”ın baş məşqçisi Françesko Farioli "Qarabağ"a qarşı keçirdikləri Avropa Liqası matçı haqda danışıb.
90plus.az xəbər verir ki, italiyalı mütəxəssis "Qarabağ"ın ilk hissədə onlara çətinlik yaratdıqlarını etiraf edib:
”Nəticə məni çox razı saldı. Futbolçularım bacarıqlarını nümayiş etdirərək qalib gəldilər. İlk hissədə "Qarabağ" fantastik oyun nümayiş etdirdi. Dünənki mətbuat konfransında da bildirmişdim ki, bu komandaya qarşı bizi çətin oyun gözləyir. Təbii ki, qırmızı vərəqədən sonra görüşdə müəyyən dəyişikliklər baş verdi. İlk qoldan sonra matçda üstünlüyü ələ ala bilmişdik. Üçüncü qola qədər meydanda gərgin mübarizə gedirdi. Hakimin idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt referilərin qərarlarını müzakirə etmirik”.
© Copyright 2026, All Rights Reserved