Farioli: "Qarabağ"la matçda çətinlik çəkə bilərik"
"Qarabağ" güclü komandadır".
90plus.az xəbər verir ki, bunu "Ayaks"ın baş məşqçisi Françesko Farioli UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Qarabağ"la keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.
O bildirib ki, bəzi komanda yoldaşları zədədən əziyyət çəkdiyi üçün Bakıya gələ bilməyiblər: "Qarabağ" haqqında onu deyə bilərəm ki, güclü komandadır. Mən onların oyun prosesi ilə maraqlanmışam. Bildiyiniz kimi, Türkiyədə işləmişəm və ona görə də bu coğrafiyaya yaxınam".
Sabahkı matçla bağlı ehtimallar
Bizim işimiz ehtimal vermək deyil, oyuna hazırlaşmaqdır. Ümumilikdə götürdükdə isə hər oyunda güclü və zəif tərəflərimizi müəyyənləşdirməli, layiq olduğumuz xalları almalıyıq.
Uduzmaqla bağlı fikirləri
Biz əsas nəticəyə köklənməli, emosiyaları kənara qoymalıyıq. Əgər hər hansı xoşagəlməz bir nəticə olarsa, səhvlərimiz üzərində işləməliyik.
Bakıda "Ayaks"a böyük azarkeş dəstəyi olacaq?
Bəli. Bizim ölkəmizdən bura çoxsaylı tərəfdarlar gəlib. Biz çalışacağıq ki, onların jestinin qarşısında müsbət cavab verək.
Hollandiya liqasında baş tutacaq oyunlarla bağlı
Hazırda biz o qədər uzağa fokuslanmırıq. Bilirik ki, sabahkı oyun digər oyunlarımız üçün də böyük əhəmiyyət kəsb edir. Bilirik ki, "Qarabağ" da güclü oyunçular var. Biz psixoloji olaraq hər şeyə hazırıq. Bilirik ki, çətin oyun olacaq.
"Qarabağ"ın da azarkeşləri ilə bağlı
Təbii ki, bu çox ciddi amildir. Biz bunları nəzərə almışıq. Hər hansı oyuna təsir göstərən müxtəlif faktorlar var. Çalışacağıq ki, bu amilin də öhdəsindən gələk.
Bakı ilə bağlı təəssüratları
Təbii ki, şəhər və ölkə haqqında fikirlərimiz olduqca müsbətdir. Burada insanlar çox mehribandır.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu sabah keçiriləcək.
© Copyright 2026, All Rights Reserved