Ferqyuson Pepə mesaj yolladı
Ser Aleks Ferqyusondan Pep Qvardiolaya jest gəldi.
90plus.az xəbər verir ki, “Mançester Siti" ilə vidalaşan baş məşqçi Pep Qvardiola maraqlı açıqlama verib.
İspan mütəxəssis bildirib ki, “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Ser Aleks Ferqyuson ona təbrik mesajı göndərib. Qvardiola bunu aldığı ən böyük komplimentlərdən biri adlandırıb.
“Dünən Ser Aleksdən mesaj aldım. Bu, aldığım ən böyük komplimentlərdən biri idi və məni çox xoşbəxt etdi”, – deyə Pep mətbuat konfransında bildirib.
Qeyd: Qvardiola mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq. Klub artıq onun şərəfinə “Etihad” stadionundakı Şimal tribunasına “Pep Qvardiola Tribunası” adını verəcəyini və heykəlinin ucaldılacağını açıqlayıb.
Qvardiola 2016-cı ildən “şəhərlilər”i çalışdırırdı. Onun rəhbərliyi altında komanda 20 titul qazanıb. Bunlar arasında 6 Premyer Liqa çempionluğu və klub tarixinin ilk Çempionlar Liqası kuboku da var.
© Copyright 2026, All Rights Reserved