Flik: "Yamal hər matç oynamalıdır"
"Barselona" baş məşqçisi Hansi Flik, "Xetafe" ilə keçirəcəkləri oyun öncəsi açıqlamalar verib.
90plus.az xəbər verir ki, "Lamine Yamal bu mövsüm bütün oyunlarda iştirak edib. Onu növbəti qarşılaşmada dincəldəcəksinizmi?" sualına cavab olaraq Flik bildirib ki, "Lamin Yamalın dincəlməyə ehtiyacı yoxdur. Öz meydanımızda oynadığımız hər oyuna mükəmməl bir 11-liklə başlamağımız vacibdir."
Ter Stegenin zədələnməsindən sonra Pena'nın yaxşı çıxış etdiyini vurğulayan təcrübəli məşqçi, "İnaki Pena yaxşı iş görür, çox peşəkar biridir və məşqlərdə çox çalışır. Həmişə oynayacaqmış kimi özünü hazır saxlayıb, biz də ona güvənirik," deyə bildirib.
"Barselona" La Liqanın 7-ci turunda 25 sentyabr çərşənbə günü evdə "Xetafe" ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved