"Fənərbağça"nın oyunçusunu 6 ildən çox həbs gözləyir
Türkiyə məhkəməsi "Fənərbağça" - "Qalatasaray" matçından sonra baş verənlərlə bağlı qərar verib.
90plus.az xəbər verir ki, ötən mövsüm Türkiyə Superliqasının 37-ci həftəsində keçirilən "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra baş verən hadisələrlə bağlı istintaqı tamamlayan prokurorluq, aralarında Oostervolde və digər 5 şübhəlinin hər biri üçün 6 il 9 aya qədər həbs cəzası istəyib.
İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə stadion müdiri Əli Çelikkıran "şikayətçi" kimi, futbolçular Oostervolde və Mert Hakan Yandaş, "Fənərbağça" klubunun həkimi Ertoğrul Karanlık, "Fənərbağça"nın idarə heyətinin üzvü Hulusi Belgü və baş məşqçi İsmail Kartalın oğlu Emre Kartalın adı çəkilib.
İstanbul 3-cü Asliye Cəza Məhkəməsinə göndərilən iddianamədə 5 şübhəli "sümük sınmasına və ya yerindən çıxmasına səbəb ola biləcək qəsdən yaralama" cinayətlərindən hər biri 6 il 9 ay həbs cəzasına məhkum edilib.
© Copyright 2026, All Rights Reserved