Əfsanəvi fransız qapıçı karyerasını bitirdi
Karyerasının böyük hissəsini vətənində,"Olimpik Marsel" klubunda keçirən fransız qapıçı Stiv Mandanda peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
90plus.az xəbər verir ki, 40 yaşlı qapıçı bu qərarını Fransa mətbuatına verdiyi müsahibədə təsdiqləyib:
"Futbolu buraxmaq fikri ilə barışmaq üçün zamana ehtiyacım var idi. Bir çox klubdan təkliflər alsam da, hamısına 'yox' dedim. Bu, asan olmadı, amma bəli – futbolu buraxmaq qərarı aldım. Daha gözəl son ola bilməzdi."
Uğurlarla dolu karyera
Peşəkar karyerasına 2004-cü ildə "Le Havr" klubunda başlayan Mandanda, ən çox uğur qazandığı və adını tarixə yazdırdığı klub isə "Olimpik Marsel" olub. O, həmçinin İngiltərədə "Kristal Palas", son illərdə isə "Renn" klubunun şərəfini qoruyub.
Mandanda Marsel klubunda bir Fransa Liqası çempionluğu, iki Fransa Superkuboku və üç dəfə Fransa Liqa Kuboku sevinci yaşayıb. Klub səviyyəsində ümumilikdə 797 rəsmi oyunda meydana çıxıb və 5 dəfə Fransanın ən yaxşı qapıçısı seçilib.
Milli komanda və dünya çempionluğu
Fransa milli komandasının heyətində 35 oyunda meydana çıxan Mandanda, 2018-ci ildə FIFA Dünya Çempionatının qalibi olan heyətin üzvü olub.
© Copyright 2026, All Rights Reserved