Fyullkruq azarkeşdən belə üzr istəyib
Avropa çempionatının qrup mərhələsində Almaniya - Şotlandiya (5:1) oyunundan əvvəl məşq zamanı topla azarkeşin qolunu sındıran Niklas Fyullkruq həmin tərəfdardan üzr istəyib.
90plus.az xəbər verir ki, oyundan öncə isinmə hərəkətləri zamanı qapının arxasında dayanan Kai Flatmann adlı azarkeşə dəyən top zərbəsi onun qolunu sındırıb.
31 yaşlı hücumçu isə azarkeşə imzalı formasını göndərərək ondan üzr istəyib.
Mənbə: TNT Sports
© Copyright 2026, All Rights Reserved