Günün oyunları: Misli Premyer Liqası başlayır
Bu günün oyunları – Azərbaycanda Premyer Liqa mövsümü başlayır.
90plus.az xəbər verir ki, bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünə start veriləcək.
1-ci turun ilk oyun günündə yalnız bir qarşılaşma baş tutacaq. Elitaya yeni vəsiqə qazanan iki komanda üz-üzə gələcək — “Qəbələ” səfərdə “Karvan-Yevlax”la qarşılaşacaq.
Misli Premyer Liqası, İlk tur:
Saat 17:00 — “Karvan-Yevlax – Qəbələ”
TV: CBC Sport
Bununla yanaşı, bu gün Türkiyə Super Liqası və İngiltərə Premyer Liqasında da maraqlı oyunlar keçiriləcək.
Türkiyə Super Liqası:
Saat 20:00 — “Qalatasaray – Fatih Karagümrük”
TV: Match! Football 3; Sportbox.ru; matchtv.ru; Digiturk Play Turkey; beIN CONNECT Turkey; beIN Sports 1; TOD Turkey
İngiltərə Premyer Liqası:
Saat 23:00 — “Liverpul – Bornmut”
TV: İdman TV; Setanta Sports 1
© Copyright 2026, All Rights Reserved