Günün oyunları: “Qarabağ pley-off səfərində!
Futbol günü: “Qarabağ” pley-off səfərində, Misli Premyer Liqasında ilk tur başa çatır.
90plus.az xəbər verir ki, əsas diqqət UEFA Çempionlar Liqasına yönələcək. Azərbaycan çempionu “Qarabağ” pley-off mərhələsində ilk oyununu Macarıstanda keçirəcək.
Qurban Qurbanovun komandası “Ferensvaroş” səfərinə yollanıb. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. UEFA reytinqində macarlar 59-cu, “Qarabağ” isə 65-ci pillədə qərarlaşıb.
Qeyd: 2022-ci ildə tərəflərin duelində “Qarabağ” səfərdə 3:1 hesablı tarixi qələbə qazanaraq mərhələ adlamışdı. Cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.
Bu günün maraqlı matçları:
Saat 16:00 – “Al Nassr” – “Al İttihad” (Səudiyyə Ərəbistanı Superkuboku)
Saat 19:30 – “Traktor Təbriz” – “Esteqlal” (İran çempionatı)
Saat 20:00 – “Zirə” – “Araz” (Misli Premyer Liqası, 1-ci tur – ilk turun son oyunu)
TV: CBC Sport
Saat 23:00 – “Ferensvaroş” – “Qarabağ” (Çempionlar Liqası, pley-off, ilk oyun)
TV: CBC Sport
Saat 23:00 – “Real Madrid” – “Osasuna” (La Liqa)
TV: Okko Sport, Sportbox.ru, Match! Football 2, matchtv.ru, S Sport, Exxen Turkey, S Sport+ Turkey.
© Copyright 2026, All Rights Reserved