Gürcüstan millisi coşqu ilə qarşılandı!
AVRO 2024-ün 1/8 finalında İspaniyaya uduzan və turnirlə vidalaşan Gürcüstan millisi ölkəsində böyük coşqu ilə qarşılanıb.
90plus.az xəbər verir ki, tarixində ilk dəfə Avropa Çempionatına qatılan Gürcüstan millisi 1/8 finalda İspaniyaya (1-4) məğlub olaraq səhər saatlarında ölkəsinə qayıdıb.
Hava limanının qarşısına gələrək komandalarının təyyarəsini gözləyən azarkeşlər komandanı dəstəkləyən şüarlar səsləndiriblər. Gürcüstan bayrağını qaldıran azarkeşlər hava limanından ayrılan komandanın avtobusunu qarşılayaraq ilk dəfə futbol üzrə Avropa çempionatında iştirakın həyəcanını yaşayıblar.
Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü ərazidən keçən avtobusa yaxınlaşmağa çalışan azarkeşlər ifa etdikləri mahnılarla komandaya dəstək olduqlarını bildirərək futbolçulara “təşəkkürlər” şüarları səsləndiriblər.
Qeyd: Gürcüstan millisinin ölkəyə qayıtması ilə əlaqədar gecə saatlarında paytaxt Tbilisidə hökumət tərəfindən təşkil edilən tədbirlər keçiriləcək.
© Copyright 2026, All Rights Reserved