Hakimi: “Qızıl Top”a layiqəm”
Əşrəf Hakimi: “Qızıl Top”a layiqəm”.
90plus.az xəbər verir ki, PSJ-nin marokkolu müdafiəçisi Əşrəf Hakimi mövsümdəki çıxışına görə “Qızıl Top” mükafatına namizəd olmalı olduğunu düşünür. O, Canal+ a açıqlamasında öz performansını yüksək qiymətləndirib:
“Fantastik mövsüm keçirmişəm. Çempionlar Liqasının 1/4 finalı, yarımfinalı və finalında qol vuran futbolçu elə də çox deyil. Müdafiəçi üçün bunu etmək isə daha da çətindir.
İnsanlar bəzən məni hücumçu və ya yarımmüdafiəçi kimi görürlər.
Amma mən dördlü müdafiə sistemində oynayıram və ilk növbədə müdafiəni düşünməliyəm. Ötən mövsümkü statistikam adi arxa xətt oyunçusuna xas deyil”.
Hakimi ötən mövsüm PSJ ilə həm yerli turnirlərdə, həm də Çempionlar Liqasında önəmli qollarla yadda qalıb.
© Copyright 2026, All Rights Reserved