Hansi Flik Ançelottiyə arzularını çatdırıb
"Barselona"nın baş məşqçisi Hans Flik həmkarı Karlo Ançelotti haqda xoş sözlər deyib.
90plus.az xəbər verir ki, Flik əzəli rəqibinin baş məşqçisi və mayın 26-dan Braziliyanı çalışdıracaq italiyalı həmkarına arzularını çatdırıb:
"Ançelotti "Real Madrid"də fantastik iş görüb və böyük uğurlar qazanıb. O, əsl centlmen, dünyanın ən yaxşı və ən uğurlu məşqçilərindən biridir.
"Ançelottiyə hər şeyin ən yaxşısını arzulayıram. O, Braziliya millisi kimi əla komandaya başçılıq edəcək və orada yeni uğurlar qazana biləcək".
📰: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved