Harri Keyn: “Bu bizdə ağrılı hiss buraxacaq”
Harri Keyn “Bayern Münhen”in “Ştutqart”la keçirəcəyi Almaniya Kuboku finalı öncəsi oyunun əhəmiyyətindən danışıb.
90plus.az xəbər verir ki, İngiltərə millisinin kapitanı bildirib:
“Bu klubda hər mövsüm minimum hədəf iki titul qazanmaq olmalıdır. Buna görə də kubok finalı bizim üçün çox vacib oyundur. Həqiqətən irəli addım atdığımızı hiss etmək üçün qalib gəlməliyik. İndiyə qədər əla mövsüm keçirmişik. Kuboku qazansaq, bu təəssüratı daha da gücləndirəcək. Onda mövsüm barədə özümüzü daha yaxşı hiss edəcəyik”.
Təcrübəli hücumçu “Bayern Münhen”in ümumilikdə uğurlu mövsüm keçirdiyini etiraf etsə də, kuboku qazanmağın bunun təsirini daha da artıracağını vurğulayıb.
“Əgər qalib gəlməsək, bu bizdə ağrılı hiss buraxacaq. Xüsusilə də Çempionlar Liqasından belə məyusedici şəkildə kənarlaşdırıldıqdan sonra”.
Qeyd: "Bayern Münhen - Ştuttqart" finalı 23 may saat 22:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved