“Heç kim bizə qarşılıqsız nəsə vermədi.Qazandıq"
Final mərhələsində məğlub olmadan İspaniyanı Avro-2024-ün çempionu edən Luis De La Fuente ürək sözlərini söyləyib.
90plus.az xəbər verir ki, 63 yaşlı ispan mütəxəssis komandasının bu çempionluğa layiq olduğunu vurğulayıb:
"AVRO-2024-dən əvvəl demişdim, çempionluq uğrunda mübarizə aparacağıq. Düşünürəm ki, çətin bir işin öhdəsindən gəldik. Yarışmaqdan yorulmayan, qalib gəlməyə çalışan futbolçu komandamız var. Hər kəs onlarla fəxr etməlidir. Onlar ilk gündən son günə qədər böyük mübarizə apardılar. Bu işi çox asanlaşdırırlar.
Ölkəm adına qürurluyam. Futbolçularımın mənə inandığına əmin idim. Demək olar ki, heç bir səhv etmədik. Əldə etdiyimiz uğurlara sevinir və qürur duyuruq. Bu andan həzz almalıyıq. Heç kim bizə qarşılıqsız nəsə vermədi. Biz əldə etdik."
Qeyd: Luis de la Fuente Avropa Çempionatını, Millətlər Liqasını, U21 Avropa Çempionatını və U19 Avropa Çempionatını qazanan ilk məşqçidir.
© Copyright 2026, All Rights Reserved