“Hoffenhaym” rekord qırıb
RƏSMİ: “Hoffenhaym” klub tarixi rekorda imza atıb!
90plus.az xəbər verir ki, Bundesliqada bir mövsümdə ən çox qələbə qazanmaq baxımından “Hoffenhaym” yeni klub rekordunu müəyyənləşdirib. Komanda indiyə qədər 17 qələbə qazanıb və bu rəqəm hələ də artmaqdadır.
Baş məşqçi Kristian İlser və onun rəhbərlik etdiyi heyət böyük nəticəyə imza ataraq klub tarixində yeni səhifə açıb.
Eyni zamanda “Hoffenhaym” mövsümün qalan hissəsində UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni də davam etdirir - 4-cü yerdə gedir.
© Copyright 2026, All Rights Reserved