"Hull Siti" son anda xilas oldu – Qol fərqi ilə liqada qaldı
İngiltərə Çempionşipdə mövsümün son turu dramatik qarşılaşmalara səhnə olub.
90plus.az xəbər verir ki, türk iş adamı Acun Ilıcalının sahibi olduğu "Hull Siti" mövsümün final matçında səfərdə "Portsmut"la 1:1 hesablı bərabərlik əldə edərək liqada qalmağı bacarıb.
Çempionşipin 46-cı turunda baş tutan oyunda "Hull Siti" 18-ci dəqiqədə Mett Kruzun vurduğu qolla hesabı açdı. Lakin 55-ci dəqiqədə "Portsmut"dan Saydi cavab qolunu vurdu. Qalan dəqiqələrdə başqa qol olmayınca görüş bərabərliklə başa çatdı.
Bu nəticə ilə "Hull Siti" 49 xalla turnir cədvəlində 21-ci pillədə mövsümü başa vurdu və aşağı liqaya düşməkdən son anda xilas oldu. Eyni xala malik olan "Luton Taun" isə daha zəif top fərqi ilə 22-ci sıraya geriləyərək bir alt liqaya yuvarlandı.
Çempionşipdə "Luton Taun"la yanaşı "Plimut" və "Kardiff" də mövsüm sonunda liqanı tərk edən digər komandalar oldular.
© Copyright 2026, All Rights Reserved