“İngiltərə millisinin futbolçularına yazığım gəlir”
Alman futbolçu (Borussiya Mönhenqladbax) Ktistof Kramer İngiltərənin baş məşqçisi Qaret Sautgeytin AVRO-2024-də oynatdığı sistemi sərt tənqid edib.
90plus.az xəbər verir ki, Kramer futbolçulara yazığı gəldiyini söyləyib:
"Bu qədər keyfiyyətli oyunçunuz ola-ola, “Union Berlin” kimi oynaya bilməzsiniz! İngiltərə müdafiə blokuna oyunçular cəlb edir və bu uğurlu futboldur?
Futbolçulara yazığım gəlir, belə futbol oynamağa məcbur edildikləri üçün…"
Qeyd: İngiltərə hazırda 4 xalla qrup lideridir. Danimarka və Sloveniyanın 2, Serbiyanın 1 xalı var.
© Copyright 2026, All Rights Reserved