İngiltərənin yeni ulduzu Elliot gündəmdədir
"Mr Clutch”: Elliottun parlaq performansı yeni ləqəblə nəticələndi.
90plus.az xəbər verir ki, İngiltərə U-21 millisində Avropa Çempionatının yarınfinalında Niderlandla oyunda 2 qol vuran Harvi Elliott komandada yeni ləqəb qazanıb.
Keçmiş “Çelsi” və “Arsenal” oyunçusu Omari Hatçinson Elliottu “Mr Clutch” (oyunun axarını dəyişən) adlandırıb. Beş oyunda 4 qola imza atan yarımmüdafiəçi hazırda turnirin bombardir yarışında 2-ci yerdə qərarlaşıb. Əgər İngiltərə finalda Almaniyanı məğlub etsə, Elliott da komanda yoldaşı Körtis Cons kimi Avropa çempionu olacaq.
Harvi Elliott liderlik inkişafında Salah və Vircil van Deykdən ilham alır.
“Liverpul”un futbolçusu Harvi Elliott U-21 Avropa Çempionatında Niderlanda qarşı 2:1 hesablı qələbədə əsas rol oynadığı oyundan sonra Mohamed Salah və Vircil van Deykin özünün lider kimi inkişaf etməsində böyük təsiri olduğunu bildirib:
“Sonadək mübarizə aparmaq, fürsətləri dəyərləndirmək – məncə, liderlik budur”, – deyə Elliotta bildirib.
20 yaşlı oyunçu son aylarda İngiltərə U-21 yığmasında daha önəmli rola yiyələnib. Niderlandla oyundakı performansı isə onun çətin anlarda da komandanın yükünü çəkə biləcəyini göstərib.
Harvi Elliott: “Artıq heç bir qorxu hiss etmirik”
İngiltərə U-21 millisinin aparıcı üzvü Harvi Elliotta Almaniyaya qarşı keçiriləcək final öncəsi komandanın inamından danışıb. Onun fikrincə, kollektivin keyfiyyəti, birliyi və baş məşqçidən gələn dəstək sayəsində heç bir rəqibdən çəkinmirlər:
“Qorxu içimizə düşdüyü an hər şey alt-üst olur. Amma xüsusilə İspaniya ilə oyundan sonra bu qorxu itib. Artıq hər komandaya qarşı qalib gəlmək məqsədilə oynayırıq”, – deyə Elliott qeyd edib.
İngiltərə – Almaniya finalı şənbə günü keçiriləcək və Elliott bu görüşdə də komandasını zirvəyə daşımağa çalışacaq.
“Liverpul”da ötən mövsüm Premyer Liqada 18 oyunda meydana çıxsa da, istədiyi qədər start heyətində yer ala bilməyən Elliottun turnirdəki uğurlu çıxışı ona olan marağı artırıb. “Brayton”, “Aston Villa” və “Borussiya Dortmund” futbolçunun transferi ilə yaxından maraqlanır.
Co Kol: “Elliott ‘Liverpul’dan ayrılıb daha çox oynaya bilər”.
İngiltərənin sabiq futbolçusu Co Kol hesab edir ki, Harvi Elliott yay transfer dönəmində “Liverpul”u tərk etməyi düşünməlidir. Yeni baş məşqçi Arne Slotun dönəmində gənc yarımmüdafiəçi az şans qazanıb: ötən mövsüm cəmi 28 oyunda çıxış edib və cəmi 6 dəfə start heyətində olub. Bu, Yurgen Kloppun rəhbərliyi altında 2023/24 mövsümündəki 53 oyundan xeyli azdır.
Üstəlik, “Liverpul”un Leverkuzenin ulduzu Florian Virtsi 116 milyon funt sterlinqə transfer etməsi Elliottun vəziyyətini daha da çətinləşdirə bilər.