"İnter Mayami"nin futbolçusu karyerasını bitirir
"İnter Mayami"nın hücumçusu Luis Suares gələcəyi ilə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, uruqvaylı futbolçu karyerasını başa vurmağa hazırlaşır. Bu barədə AS nəşri məlumat yayıb. Suaresin ABŞ təmsilçisi "İnter Mayami" ilə müqaviləsi bu ilin 31 dekabr tarixində sona çatır. 38 yaşlı forvard bundan sonra peşəkar karyerasını bitirəcək.
Qeyd: Luis Suares "Nasyonal"ın yetirməsidir. Ulduz futbolçu daha sonra "Qroningen", "Ayaks", "Liverpul", "Barselona", "Atletiko" və "Qremio"da çıxış edib. Uruqvay millisinin heyətində 143 oyun keçirən Suares 69 qol vurub.
© Copyright 2026, All Rights Reserved