“İnter” və “Monterrey” sülh bağladı
Klublararası Dünya Çempionatı: “İnter” və “Monterrey” ilk matçda sülh bağladı – 1:1.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının finalçısı “İnter” Klublararası Dünya Çempionatının E qrupundakı ilk oyununda Meksikanın “Monterrey” klubu ilə 1:1 hesablı heç-heçə edib. Görüş ABŞ-ın Pasaden şəhərindəki “Rose Bowl” stadionunda baş tutub.
Matça topa nəzarətlə başlayan İtaliya təmsilçisi erkən üstünlük qazansa da, hesabı açan tərəf “Monterrey” olub. 25-ci dəqiqədə 39 yaşlı veteran müdafiəçi Serxio Ramos künc zərbəsindən sonra iki müdafiəçini qabaqlayaraq başla topu tora göndərib.
42-ci dəqiqədə “İnter”dən Lautaro Martineslə yaxın məsafədən topu boş qapıya yönəldib – 1:1.
Qarşılaşmanın son dəqiqələrində “Monterrey”nin futbolçusu Nelson Deossa oyunu komandasının xeyrinə həll etmək şansını qaçırıb. Onun zərbəsi qapının yan toruna tuş gəlib. “Rose Bowl” stadionunda isti havada baş tutan matçda çoxlu boş oturacaqlar diqqətdən yayınmayıb.
Bu oyun həm də hər iki komandanın yeni baş məşqçiləri ilə ilk rəsmi görüşü olub. “İnter”də Kristian Kivu Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesablı darmadağından sonra Simone İnzaqini əvəzləyib. “Monterrey” isə uğursuz mövsüm startından sonra ispan mütəxəssis Domenek Torrentə tapşırılıb.
© Copyright 2026, All Rights Reserved