“İnter”in çempionluq bayramı təxirə düşdü
“Torino”dan geridönüş: “İnter”in çempionluq bayramı təxirə düşdü – 2:2
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 34-cü turunda sensasiyaya yaxın nəticə qeydə alınıb. Torino doğma meydanda çempionluğa bir addım qalmış İnter ilə 2:2 hesablı heç-heçə edib:
Torino 2 - 2 İnter
M. Türam 23’
Bissek 61’
C. Simeone 70’
N. Vlaşiç 79’
Bu nəticə ilə “İnter”in mümkün çempionluq mərasimi təxirə düşüb.
Matçın diqqətçəkən məqamlarından biri də Federiko Dimarko ilə bağlı olub. İtalyan cinah müdafiəçisi bu görüşdə etdiyi məhsuldar ötürmə ilə mövsüm üzrə assist sayını 17-ə çatdırıb və A Seriyası tarixində yeni rekord müəyyənləşdirib. O, bu göstərici ilə Papu Qomesə məxsus olan (16 assist) əvvəlki rekordu geridə qoyub.
Qeyd: Dimarkonun assistindən sonra qol vuran Markus Türam komanda yoldaşına xüsusi jest edərək sevincini onunla bölüşüb.
© Copyright 2026, All Rights Reserved