İranı gözləyən təhlükə: DÇ-dan kənarda qala bilər
İran milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazansa da, turnirdə iştirakı qeyri-müəyyən olaraq qalır.
90plus.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası dost olmayan 43 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan etməyi nəzərdən keçirir və İranın da bu siyahıya düşmə ehtimalı var. Bu isə o deməkdir ki, İran yığması ABŞ, Kanada və Meksikada təşkil olunacaq turnirdən avtomatik kənarlaşdırıla bilər. FİFA rəhbərliyi bu məsələdə ABŞ hökuməti ilə müzakirələr aparır.
Belə bir qərar dünya futbolunda ilk hadisə ola bilər. Çünki indiyə qədər viza məhdudiyyətlərinə görə milli komandalar dünya çempionatlarında iştirakla bağlı siyasi maneələrlə üzləşməyib.
Qeyd: Hazırkı dünya çempionu Argentina millisidir və 2026-cı il dünya çempionatının final mərhələsi üç ölkənin 16 stadionunda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved