İspaniya 4 qat Avropa çempionudur!
İspaniya və İngiltərə millilərinin üz-üzə gəldiyi Avro-2024-ün final matçı başa çatıb.
90plus.az xəbər verir ki, 2-1 hesabı ilə qalib gələn İspaniya 4-cü dəfə Avropa çempionu olur. İngiltərə ardıcıl 2-ci finalda çempionluğu əldən verir:
İspaniya 2 - 1 İngiltərə
N. Uilyams 47' (ötürmə: L.Yamal)
Palmer 73'
Oyarzabal 86'
Qollar və epizodlar:
https://t.me/doxsanplus/86005
https://t.me/doxsanplus/86008
https://t.me/doxsanplus/86009
https://t.me/doxsanplus/86010
İspaniya millisinin ulduzu Lamin Yamal bu axşam böyük beynəlxalq turnirin finalında oynayan ən gənc kişi futbolçu olub.
O, 17 yaş 1 günlüyündə bunu etməklə 1958-ci il Dünya Kubokunda Peleni (17 yaş, 249 gün) geridə qoyub. FOTO
İspaniya millisinin əfsanələri Xavi, David Vilya və Andrés İniesta Avro-2024 Finalını izlədilər. FOTO
İspaniya millisinin oyunçusu Dani Karvaxal Bukayo Sakaya kobudluq etdikdən sonra. FOTO
İngiltərə tarixinin bombardiri Harri Keyn 61-ci dəqiqədə əvəzlənir. Ötən oyunun qəhrəmanı Uotkins meydana daxil olur. FOTO
Beləcə, 68-ci dəqiqədə meydana daxil olan Mikel Oyarzabalın son dəqiqələrdə vurduğu qolla İngiltərəyə qalib gələn İspaniya tarixində 4-cü dəfə Avropa çempionu olaraq bu statistikada şəriksiz lider oldu.
Tarixindəki yeganə kubokunu 1966-cı ildə Dünya çempionu olaraq qazanan İngiltərə ardıcıl 2-ci dəfə Avropa çempionatının finalında məğlub olaraq uzun illərdir davam edən kubok həsrətini davam etdirir...
Cud Bellinqem İngiltərənin İspaniyaya uduzmasından sonra məyusluğunu soyuducudan çıxarır. VİDEO
https://t.me/doxsanplus/86018
Oynaya-oynaya İspaniyanı çempion etdilər:
Lamin Yamal - dörd məhsuldar ötürmə, bir qol.
Niko Uilyams - iki qol, bir məhsuldar ötürmə. FOTO
İspaniya millisinin 28 yaşlı oyunçusu Rodri AVRO-2024-ün ən yaxşı oyunçusu seçildi! FOTO
Budur, Kubok sahibinin əllərində... FOTO
İspaniya kişilər arasında Avropa çempionatını dörd dəfə qazanan ilk ölkədir: 1964; 2008; 2012 və 2024.