İspaniya millisinin açıqlanan heyətində "Real Madrid" detayı
İspaniya Futbol Federasiyası, Millətlər Liqasında mübarizə edəcək heyəti açıqlayıb.
90plus.az xəbər verir ki, açıqlanan heyətdə David Raya, Aleks Remiro, Sançes, Pedro Porro, Mingeza, Vivian, Laporte, Pau Torres, Kukurella, Qrimaldo, Paredes, Merino, Zubimendi, Fabian, Pedri, Dani Olmo, Aleks Baena, Mark Kasado, Morata, Lamine Yamal, Nilo Villiams, Yeremi, Oyarzabal, Ayoze, Samu, Bryan Zaragoza adları yer alıb.
"REAL" MADRID DETAYI
İspaniya Millî Komandasının dəvət olunanlar siyahısında "Real Madrid" futbolçusunun olmaması diqqət çəkib.
"Real Madrid"in əzəli rəqibi "Barselona"da isə 4 futbolçu milli komandada yer alıb. Pedri, Dani Olmo, Mark Kasado və Lamine Yamal dəvət olunaraq, heyətdə özlərinə yer tapıblar.
© Copyright 2026, All Rights Reserved