İsveçrə millisi Almaniyada oğurluqla üzləşdi!
AVRO 2024-ün A qrupunda ikinci yeri tutan İsveçrə millisi (Almaniya-İsveçrə 1-1) oğurluğun qurbanı olub.
Düsseldorfda komandanın qaldığı oteldən İsveçrə millisinə aid içində komandanın analiz məlumatları olan 3 noutbuk oğurlanıb.
90plus.az alman mediasına istinadən xəbər verir ki, İsveçrə millisinə aid olan noutbuklarda matç analizləri və taktiki məlumatların olduğu təsdiqlənib. Komanda hansı dəyərli taktiki və analiz məlumatlarının oğurlandığını söyləməməyi üstün tutublar. Oğurluq hadisəsi ilə bağlı dərhal polisə məlumat verilib, otelin kamera qeydlərinə baxılıb və hadisənin arxasında kimin dayandığını müəyyən etmək üçün istintaqın tam sürətlə davam etdiyi bildirilib. Bütün komandaların bu cür məlumatların məxfiliyinə önəm verdiyi vurğulanıb.
Qeyd: “Avropa çempionatı çətin yarışdır və sadəcə meydanda deyil” - deyə alman mediasında qeyd olunub.
© Copyright 2026, All Rights Reserved