İtaliya A Seriyası: Ən az qol “yeyən” odur
Antonio Kontenin baş məşqçi olduğu "Napoli" bu mövsüm İtaliya A Seriyasında ən az qol yeyən komandadır.
90plus.az xəbər verir ki, qapısında cəmi 25 qol görən "Napoli" son 4 oyunda qapısını təmiz saxlayıb:
Empoli üzərində 3-0 qələbə;
Montsa üzərində 1:0 qələbə;
Torino üzərində 2:0 qələbə;
Leççe üzərində 1:0 qələbə.
Qeyd: Turnir cədvəlində "Mavilər" 77 xalla liderliyini davam etdirir. Qonşusu "İnter"in 74 xalı var.
© Copyright 2026, All Rights Reserved