Jül Kunde: "Vinisiusdan qorxmuram"
Jül Kunde Vinisius Jr-dan qorxmadığını dilə gətirib.
90plus.az xəbər verir ki,bu gün oynanılacaq "El Klassiki"dan əvvəl "Barselona"nın müdafiəçisi Jül Kundeyə Vinisiusla bağlı sual verildi. O, isə ondan qorxmadığını bildirdi:
"Vinicius'u saxlamaq komanda işidir. Vinicius xüsusən də 90 dəqiqə ərzində təklikdə saxlaya biləcəyin bir oyunçu deyil. O, amansız bir rəqibdir. Oyunda köməyə ehtiyacım olan anlar ola bilər. Bu, normal haldır. Futbol komanda oyunudur. Əminəm ki, əla işlər görəcəyik.
Vinicius'dan qorxurammı? Xeyr, xeyr. Açıq danışsaq o, böyük oyunçudur və Ballon D'Or üçün favoritdir. O, şübhəsiz ən yaxşı oyunçulardan biridir. Mən də oyunçu kimi ən yaxşılara qarşı oynamağı sevirəm. Vinicius rəqibin ən böyük təhlükəsidir, lakin onların oyunu həll edə biləcək digər oyunçuları da var".
© Copyright 2026, All Rights Reserved