Juninyodan qaçırdığı epizodlarla bağlı etiraf
“Son oyunlarda fürsətlərdən istifadə edə bilmirəm”.
90plus.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.
Braziliyalı hücumçu Avropa Liqasının Liqa yolunda “Malmö” (İsveç) ilə oyun öncəsi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklər: “Bunu düzəltmək üçün məşqlərdə daha çox çalışır, əlimizdən gələni əsirgəmirik. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd: “Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də saat 20:45-də başlayacaq.
© Copyright 2026, All Rights Reserved