Kapitan Noyer transferlərdən danışdı
“Bayern Münhen” bu yay indiyədək üç futbolçunu heyətinə qatıb: Yonatan Tah, Tom Bışof və Luis Dias. Kapitan Manuel Noyer isə yay transfer pəncərəsində daha bir neçə gəlişin olacağına inanır.
90plus.az xəbər verir ki, 39 yaşlı qapıçı Spox-a açıqlamasında deyib:
“Məncə, hələ başqa transferlər də olacaq. Hər yay dediyim kimi: rəhbərliyimizə güvənirik. Onlar işlərini görür, biz isə futbola fokuslanırıq.”
Şənbə günü “Ştutqart” forvard Nik Votlemadenin “Bayern”ə keçidi variantını qapadığını açıqlasa da, Münhen klubunun idman direktoru Kristof Froind bu transferin tamamilə mümkünsüz olmadığını bildirib. Son günlərdə “Bayern Münhen”in “Çelsi”nin hücumçusu Kristofer Nkunku ilə də ciddi şəkildə əlaqələndirildiyi vurğulanır.
Qeyd: Manuel Noyer Almaniya Superkuboku finalındakı (“Ştutqart” 1 – 2 “Bayern Münhen”) möhtəşəm çıxışına görə görüşün ən yaxşı futbolçusu seçilib.
© Copyright 2026, All Rights Reserved