Karim Benzema “Mövsümün Oyunçusu”dur
Karim Benzema Səudiyyə Ərəbistanı Liqasında "Mövsümün Oyunçusu" seçildi.
90plus.az xəbər verir ki, fransalı hücumçu "Al İttihad" klubunda mövsüm boyunca göstərdiyi möhtəşəm performansla bu mükafata layiq görülüb. Benzema Səudiyyə Ərəbistanı çempionatında çoxsaylı vacib qol və asistlərə imza atıb, həmçinin komandasını çempion etməkdə böyük rol oynayıb.
"Al İttihad" ilə qazandığı Pro Liqa titulunun ardından Benzem- bu mövsümdəki güclü çıxışı ilə özünə olan etimadı bir daha doğrultdu.
Statistikası:
Benzema 33 oyun, 28 qolla çempionatın ən məhsuldar oyunçularından biri və 12 asist müəllifidir.
© Copyright 2026, All Rights Reserved