“Karvan” yenə qalib gəldi
“Karvan”dan vacib qələbə – “Şamaxı” minimal hesabla məğlub edildi.
90plus.az xəbər verir ki, Azərbaycan çempionatının 28-ci turunda "Karvan" doğma meydanda Şamaxı üzərində minimal hesablı qələbə qazanıb – 1:0.
Görüşün taleyini 39-cu dəqiqədə vurulan yeganə qol həll edib. Belə ki, Coy Sleyd Mikels rəqib qapısından keçərək komandasına 3 xal qazandırıb:
Karvan 1 - 0 Şamaxı
C. Sleyd Mikels 39’
Qol: https://t.me/doxsanplus/116375
Bu nəticə ilə “Karvan” ardıcıl ikinci qələbəsini əldə edərək turnir cədvəlində vəziyyətini nisbətən yaxşılaşdırıb. “Şamaxı” isə uğursuz seriyanı davam etdirir.
Hazırda “Şamaxı” 8-ci, “Karvan” isə 10-cu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved