Kiçik Ronaldo skautların diqqətində!
"Mançester Yunayted"in skautu Portuqaliyada debüt edən Kristiano Ronaldo Junioru izləmək üçün Xorvatiyadakı turnirə gəlib.
90plus.az xəbər verir ki, “Yunayted” istedadlı yeniyetməni izləyən bir neçə ən yaxşı Avropa klublarından biridir.
Sabiq "Yunayted" ikonası Kristiano Ronaldonun 14 yaşlı oğlu ikinci hissədə meydana çıxıb və atasının məşhur 7 nömrəsini geyinib.
Ronaldo Junior öz potensialını nümayiş etdirib və tribunaların hərarətli alqışlarını alıb.
Klubun skautları kiçik Ronaldonun inkişafını izləməyə davam edirlər. "Yunayted"in Portuqaliyanın qarşıdakı matçlarında Yunanıstan və İngiltərə ilə qarşılaşacağı turnirdə təmsilçiləri tərəfindən tərtib edilmiş son hesabatları nəzərdən keçirəcəyi gözlənilir.
Cristiano Jr-ın milli komandada iştirakı bir sıra top klubların diqqətini çəkib. “Yunayted”in Avropa Liqasındakı rəqibləri “Tottenhem”lə yanaşı, “Bayern Münhen”, “Borussiya Dortmund”, “Leypsiq”, “Hoffenhaym”, “İnter”, “Yuventus” və “Atalanta”nın skautları da onu izləyirlər.
Qeyd: Ronaldo Juniorun debütü manşetlərə çevrilsə də, het-trik edərək diqqət mərkəzində olan "Braqanın hücumçusu Rafael Kabral idi.
© Copyright 2026, All Rights Reserved