Kərim Benzema transferi Nunes üçün düşərli olmadı
“Əl-Hilal” hücumçu Darvin Nunesin adını ölkə çempionatı üçün sifariş siyahısına salmayıb.
90plus.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano açıqlama verib.
Uruqvaylı forvardın heyətdən kənarda qalmasına səbəb kimi “Əl-İttihad”dan Kərim Benzemanın transferi göstərilir. Bu səbəbdən Nunes Səudiyyə Ərəbistanı Pro Liqasının ikinci dövrəsinin matçlarında forma geyinməyəcək. 26 yaşlı futbolçu yalnız Asiya Çempionlar Liqası qarşılaşmalarında oynaya biləcək.
Qeyd: “Əl-Hilal” Darvin Nunesi mövsümün əvvəlində “Liverpul”dan 53 milyon avro qarşılığında heyətinə qatıb. Uruqvay millisinin üzvü “mavi dalğa”nın formasında iştirak etdiyi 23 rəsmi oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved