İngiltərə Superkubokunun qalibi ilk dəfə olaraq "Kristal Pelas" oldu. Ötən mövsüm İngiltərə Kubokunun ("FA Cup") qalibi olan komanda finalda "Liverpul"u penaltilərlə məğlub edərək tarixi bir uğura imza atdı.
90plus.az xəbər verir ki, matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdı. "Liverpul"un heyətində yeni transferlər Hüqo Ekitike və Jeremi Frimpong debüt oyunlarında qol sevinci yaşadılar. "Kristal Pelas" isə Can-Filipp Mateta və İsmaila Sarrın qolları ilə hesabı bərabərləşdirməyi bacardı.
Penalti seriyasında "Kristal Pelas"ın qapıçısı Din Henderson qəhrəman oldu. O, Aleksis Mak Allister və Harvi Elliotun zərbələrini dəf etdi, Məhəmməd Salah isə topu qapıdan yuxarı vurdu. "Liverpul"un qapıçısı Alisson Ebereçi Ezenin penalti zərbəsini qaytarsa da, Borna Sosa dirəyə tuş gəldi və sonda Oliver Qlasnerin yetirmələri 3:2 hesablı qələbə ilə Superkuboku qazandılar.
Qollar və Penaltilər seriyası:
https://t.me/doxsanplus/106002
Bu, "Kristal Pelas"ın tarixində ilk İngiltərə Superkuboku tituludur.
© Copyright 2026, All Rights Reserved