Kroos: “Bütün ölkəni ruhlandıra bilirik”
Avro-2024-də qrupdan çıxmağı təmin edən və son oyunda Macarıstanı 2-0 hesabı ilə məğlub edən Almaniyanın əsas silahlarından olan Tonİ Kroos millisinin çıxışı haqqında danışıb.
90plus.az xəbər verir ki, AVRO-2024-də keçirdiyi ilk 2 matçda cəmi 10 ötürmə səhvi edən 34 yaşlı yarımmüdafiəçi bunları deyib:
"Milli komandanın hələ də bütün ölkəni ruhlandıra bildiyini görmək çox xoş idi. Hiss edirəm ki, aramızda yaxşı birlik var və ümid edirəm ki, bu, daha yüksək hədəflərə çatmağımıza kömək edəcək".
Qeyd: Almaniya Avro-2024-də növbəti matçını iyunun 23-ü saat 23:00-da İsveçrəyə qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved