Kroos Premyer Liqanın qapısından dönüb
Kroos "Mançester Yunayted"ə transfer oluna bilərmiş.
90plus.az xəbər verir ki, keçən mövsüm "Real Madrid" ilə müqaviləsinin başa çatmasından sonra futbolu tərk edən Toni Kroos, 2014-cü ildə "Mançester Yunayted"ə transfer olmağa yaxın olduğunu, lakin bunun baş tutmadığını açıqlayıb.
"Kinqs Liqa"dakı bir matçın fasiləsində danışan Kroos, "Real Madrid"ə transfer olmadan əvvəl "Mançester Yunayted"lə razılığa gəldiyini və müqavilə imzaladığını bildirib.
“Premyer Liqada oynamaq istəyərdinizmi?” sualına Kroos, “Buna yaxınlaşmışdım. 2014-cü ildə "Real Madrid"ə imza atmadan əvvəl "Mançester Yunayted"lə razılaşdım. David Moyes vəzifədə idi və onunla danışdım. Sonra Moyes vəzifəsindən ayrıldı və Lui van Qaal komandanın başına keçdi. Bunun ardınca hər şey ləğv olundu.” cavabını verib.
© Copyright 2026, All Rights Reserved